AZ

Yığmamız Avropa çempionatına bu heyətlə yollanacaq

ain.az, Qafqazinfo saytına istinadən bildirir.

Sentyabrın 4-dən 7-dək Slovakiyanın paytaxtı Bratislavada cüdo üzrə gənclər arasında Avropa çempionatı keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, yarışda Azərbaycan ümumilikdə 10 çəki dərəcəsində 13 idmançı (9 oğlan, 4 qız) ilə fərdi mübarizədə təmsil olunacaq. Yığmamız turnirin son günündə qarışıq komanda yarışında mübarizə aparacaq.

Cüdoçularımıza gənc oğlanlardan ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli, məşqçi Elxan Rəcəbli, gənc qızlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif, böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edəcək.

Qeyd edək ki, qitə birinciliyində 42 ölkədən 374 idmançı (207 oğlan, 167 qız) mübarizə aparacaq.

Oğlanlar

-60 kq

Nihad Məmişov

Fərid Qarayev

-66 kq

Məhəmməd Musayev

Nizami İmranov

-73 kq

Əbil Yusubov

-81 kq

Süleyman Şükürov

-90 kq

Aslan Kotsoyev

-100 kq

Davud Namazlı

+100 kq

Ramazan Əhmədov

Qızlar

-48 kq

Fəridə Mirzəyeva

-52 kq

Xədicə Qədəşova

Aydan Vəliyeva 

+78 kq

Nigar Süleymanova

Qarışıq komanda yarışı

-63 kq

Nilgün Rzayeva

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
47
5
qafqazinfo.az

5Mənbələr