AZ

Ağdamda “Mercedes”lə toqquşan “VAZ” iki hissəyə bölündü VİDEO

Avtosfer saytından verilən məlumata görə, ain.az xəbər verir.

Ağdam rayonu, Quzanlı kəndində yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza avqustun 31-də günorta saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan “VAZ” markalı maşın, 99-EO-920 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobillə toqquşub. Şahidlərin iddiasına əsasən, qəzaya səbəb yüksək sürət həddi olub. Zərbənin təsirindən “VAZ” iki yerə bölünüb. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb. 

Qeyd edək ki, faktla bağlı araşdırma davam edir. 

Nərmin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
60
avtosfer.az

1Mənbələr