Azvision saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
AzVision.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan belə bəyanatla çıxış edib. “Hörmətli dostum Antonio Quterreşin (BMT-nin baş katibi – red.) bütün səylərinə baxmayaraq, səksən il əvvəlki şəraitdə formalaşmış hazırkı BMT sisteminin Yaxın Şərqdə zülmə son qoymağa və ya qaydalara əsaslanan beynəlxalq nizamı qorumağa qadir olduğu sualına cavab vermək indi çətindir”, - Türkiyə lideri ŞƏT-in Çində çində keçirilən sammitinin genişləndirilmiş sessiyasındakı çıxışında deyib.
ŞƏT sammiti çərçivəsində Ərdoğan Putinlə görüşüb | VİDEO
Türkiyə prezident bildirib ki, Fələstin xalqının uzun müddətdir səngiməyən iztirablarına cavab olaraq BMT-ni qlobal ədalət prinsiplərini müdafiə edən platformaya çevirməyi öz vəzifəsi sayır. - Beynəlxalq ictimaiyyət hələ də 23 ay ərzində körpələrin, uşaqların və qocaların ölümü ilə nəticələnən vəhşiliyi dayandıra bilməyib”, - siyasətçi diqqətə çatdırıb. Suriyadakı vəziyyətə münasibət bildirən Ərdoğan Ankaranın bu ölkənin təhlükəsizliyinə təhdidlərə qarşı mübarizəni davam etdirəcəyini vurğulayıb. O, Türkiyənin Suriyanın bərpası, ərazi bütövlüyünün və birliyinin qorunmasında ona dəstək verməsinin bütün region üçün faydalı olacağını vurğulayıb. “Biz qonşumuz Suriyanın təhlükəsizliyinə və ərazi bütövlüyünə təhdid cəhdlərinə qarşı durmağa davam edəcəyik”, - Rəcəb Tayyib Ərdoğan söyləyib. Xatırladaq ki, ŞƏT sammiti çərçivəsində rusiyalı həmkarı ilə görüşən Türkiyə prezidenti onunla bir sıra regional məsələləri, xüsusilə Yaxın Şərq, Şimali Afrika və Cənubi Qafqazı müzakirə edib. Sahil İsgəndərov
AzVision.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.