Uorvik Devis "Harri Potter" serialında rol alacaq.
Kulis.az xarici mətbuata istinadən xəbər verir ki, aktyornövbəti "Harry Potter" televiziya serialında professor Filius Flitvik rolunu yenidən canlandıracaq.
Qeyd edək ki, "Bafta" mükafatına layiq görülmüş aktyor Coan Roulinqin kitabları əsasında çəkilən "Harri Potter" film seriyasında bundan əvvəl də məşhur professor rolunu oynayıb.