"Zirə”nin futbolçusu Rikardo Martins Gimaraynş Mozambik millisinə dəvət alıb.
"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
29 yaşlı yarımmüdafiəçi DÇ-2026-nın seçmə mərhələ oyunları üçün milliyə çağırılıb.
Qeyd edək ki, Mozambik millisi sentyabrın 5-də Uqandanın qonağı olacaq, sentyabrın 8-də isə öz meydanında Botsvana ilə üz-üzə gələcək.
Xatırladaq ki, "Zirə" legionerlərindən Anje Mutsinzinin Ruanda, İssa Cibrielin isə Niger millisinə dəvət aldığını da açıqlayıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta