AZ

“ABŞ də əldə olunan razılaşmaları həyata keçirmək niyyətindəyik” − Paşinyan

ain.az, Yeniavaz saytına istinadən bildirir.

Ermənistan ABŞ-də Azərbaycanla əldə olunan razılaşmalara sadiqdir və onları tez bir zamanda həyata keçirmək əzmindədir.

Yeniavaz.com xəbər verir ki, bunu Çinin Tiencin şəhərində keçirilən ŞƏT+ sammitində Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

“Mən Ermənistan Respublikasının əldə olunmuş razılaşmalara sadiqliyini təsdiq etmək istərdim və biz onları ən qısa zamanda həyata keçirmək əzmindəyik. Bütün bunların nəticəsində Ermənistanla Azərbaycan arasında nəinki daxili, ikitərəfli və beynəlxalq səviyyədə kommunikasiya açılacaq, həm də Şanxay Əməkdaşlıq Təşkilatına üzv olan bütün dövlətlər, o cümlədən qonşularımız və Azərbaycanın ən yaxın qonşuları üçün yeni logistik imkanlar yaradılacaq”, - Paşinyan deyib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
112
5
yeniavaz.com

6Mənbələr