Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Dörd ilə yaxındır ki, Ukrayna-Rusiya müharibəsi davam edir. Bu müharibədə ərazi itirən Ukrayna olsa da, Rusiya da bu dövr ərzində demək olar ki, gücünü itirib. Müxtəlif ölkələrin vasitəçiliyi ilə görüşlər keçirilsə də, müzakirələr aparılsa da konkret bir nəticə yoxdur.Rusiya Ukrayna ilə savaşı nə qədər davam etdirə bilər?
Politoloq Oqtay Qasımov Bizimyol.info xəbər portalına açıqlamasında vurğulayıb ki, savaş artıq üç il səkkiz aydır davam etməkdədir və bu savaş nəticəsində həm Ukrayna, həm Rusiya ciddi itkilərə məruz qalıb. Politoloq bildirib ki, Ukrayna daha çox dağılıb, amma eyni zamanda Ukraynanın həyata keçirdiyi əməliyyatlar nəticəsində Rusiyaya da milyardlarla dollar dəyərində zərər vurulub, Rusiyanın bir milyona yaxın itkisi var və bunlar heç də asan bərpa olunacaq itkilər deyil.
Oqtay Qasımov
Oqtay Qasımovun fikrincə, Rusiya iqtisadiyyatı hərbi relsə keçdiyindən son dövrlər iqtisadi geriləmələr müşahidə olunmaqdadır və bu vəziyyətdə Rusiyanın iqtisadiyyatındakı bu yükü aradan qaldırmaq imkanları çox deyil.
“Nəzərə alsaq ki, Rusiya artıq savaşın bir mərhələsindən sonra xarici dəstəklə döyüşür. İrandan raket sistemləri və “Shahed” dronları, artilleriya sistemləri, raket sistemləri və artilleriya mərmiləri tədarük etməkdədir. Belə iddialar var ki, Rusiyanı müasir texnoloji avadanlıqlarla təmin edən həm də Çindir”-deyən politoloqun fikrincə, bu baxımdan bu savaşın uzun müddət davam etməsi Rusiya üçün olduqca ağır olsa da, hələ Rusiyanın müəyyən dövr üçün potensialı var.
Politoloqun qeyd edib ki, müharibənin gedişatı Qərbin Ukraynaya verəcəyi dəstəyin həcmindən asılı olacaq: “Əgər Qərb Ukraynanı tam mənası ilə yetərli qədər dəstəkləyəcəksə, Rusiya üçün heç də bu savaş asan olmayacaq və Rusiya hazırda əldə etdiyi mövqelərin əhəmiyyətli hissəsini itirə bilər. Bu baxımdan götürdükdə bu savaşın nə qədər davam edəcəyini söyləmək çətindir. Amma məlumdur ki, hər iki tərəf hal hazırda xarici dəstəyin hesabına savaşı davam etdirirlər. Doğrudur, Rusiyanın potensialı Ukraynanın potensial potensialınla müqayisə olunmasa da və öz-özünü təminat daha yüksək səviyyədə olsa da, bütün hallarda hər iki tərəf həm də xarici dəstəkdən asılıdır”.
İradə Cəlil, Bizimyol.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.