AZ

Kinonun qardaşlıq dünyasına səyahəti

ain.az bildirir, Xalq qazeti portalına istinadən.

Venesiya Film Festivalı çərçivəsində “Birləşdirən bağlar: Anlaşmaya və insan qardaşlığına səyahət” mövzusunda Forum keçirilib. İnsan Qardaşlığının Ali Komitəsinin (HCHF) Daha Yaxşı Dünya Fondu (BWF) ilə birgə təşkil etdiyi məclisdə  diplomatlar, qlobal liderlər və incəsənət xadimləri iştirak ediblər.

Kino və mədəniyyətin fərqliliklərin aradan qaldırılmasında oynadığı rolun müzakirə edildiyi forumda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov məruzə ilə çıxış edib. Rəvan Həsənov məruzəsində Azərbaycanın multikulturalizm sahəsindəki təcrübələrini təqdim edib. O, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin həyata keçirdiyi layihələrdən danışaraq vurğulayıb ki, qurum Azərbaycanın multikultural dəyərlərini və cəmiyyətlərarası əməkdaşlığı təşviq edən beynəlxalq təşəbbüslərdə fəal iştirak edir, müxtəlif mədəniyyətlərin qarşılıqlı anlaşmasını və sosial harmoniyanı gücləndirmək məqsədilə layihələr həyata keçirir.

Rəvan Həsənov qeyd edib ki, forumun Venesiya Film Festivalı çərçivəsində təşkil olunması incəsənətin və mədəniyyətin qlobal səhnədə birləşdirici gücünü, kinonun mədəniyyətlərarası dialoqun gücləndirilməsi və qlobal əməkdaşlıq üçün böyük bir vasitə olduğunu bir daha sübut edir. Məruzə maraqla qarşılanıb və müxtəlif suallar cavablandırılıb.

İnsan Qardaşlığı Ali Komitəsinin baş müşaviri Malayziya Universitetinin dosenti Herizal Hazrinin moderatorluğu ilə keçən həmin paneldə UNESCO-nun xoşməramlı səfiri, Malinin sabiq icraçı baş naziri Çeyk Modibo Diarra, Sülh üzrə Nobel Laureatlarının Dünya Sammitinin Daimi Katibliyinin sədri Yekaterina Zagladina, Gürcüstanın keçmiş iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Ketevan Bochorishvili də çıxış ediblər.

T.RÜSTƏMLİ

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
1
xalqqazeti.az

2Mənbələr