Bakıda "Fiziki zorakılığa məruz qalmış yetkinlik yaşına çatmayan şəxsə yetirilən xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin edilib".
Publika.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, qəyyumluğun ləğv edilməsi və uşağın xəstəxanaya yerləşdirilməsi üçün aidiyyəti dövlət qurumları ilə birgə zəruri işlər görülür.
“Bakı şəhəri, Sabunçu rayon ərazisində baş vermiş hadisə ilə bağlı Dövlət Komitəsi tərəfindən dərhal aidiyyəti qurumlarla əlaqə saxlanılmışdır. Hadisə ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyəti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiya və Sabunçu Rayon Polis İdarəsi tərəfindən ailəyə səfər həyata keçirilmişdir. Səfər zamanı yuxarıda adı çəkilən ünvanda yalnız yetkinlik yaşına çatmayan uşağın 21 yaşlı qardaşının olduğu, uşağın isə qəyyumu tərəfindən Lənkəran şəhərinə apardığı məlum olmuşdur. Hüquq mühafizə orqanları tərəfindən yeniyetmə uşaq ona qarşı zorakılıq törətməkdə şübhəli bilinən qəyyumu ilə birgə dərhal Bakıya gətirilməsi təmin edilmişdir”.
Məlumatda qeyd edilib ki, hazırda faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis bölməsində təhqiqat araşdırması aparılır: