AZ

Pezeşkian Putinə söz verdi

Rusiya Prezidenti Vladimir Putin iranlı həmkarı Məsud Pezeşkianla görüşüb.

Publika.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Görüş Rusiya liderinin Çinin Tiencin şəhərində qaldığı “Ritz-Carlton” mehmanxanasında ŞƏT-in sammitində tədbirlər başa çatdıqdan sonra baş tutub.

Putin iranlı həmkarından İslam Respublikasının Ali Rəhbəri Ayətullah Əli Xameneiyə salamlarını və xoş arzularını çatdırmağı xahiş edib. Söhbət zamanı Rusiya lideri iki ölkə arasındakı əlaqələri dostluq münasibətləri kimi xarakterizə edib.

Pezeşkian Putinlə söhbətində Tehran və Moskva arasında əməkdaşlığa maneələrin aradan qaldırılmasına nəzarət edəcəyinə söz verib.

“Ölkələrimiz arasında əldə olunmuş bütün razılaşmaların icrasını şəxsən öz üzərimə götürmüşəm və bu yolda bütün maneələrin aradan qaldırılması üçün bütün səyləri əsirgəməyəcəyəm”, - deyə o vurğulayıb.

Seçilən
51
publika.az

1Mənbələr