AZ

"Whatsapp"da nömrənizi görünməz edə biləcəksiniz

"WhatsApp" "Android"də uzun müddət gözlənilən istifadəçi adı funksiyasını test edir. Bu yenilik sayəsində telefon nömrəsi paylaşmadan unikal istifadəçi adı ilə əlaqə qurmaq mümkün olacaq.

Milli.Az xəbər verir ki, yeni sistemdə istifadəçilər adla axtarış edə, profil şəklini görə və adi mesajlaşma, səsli və video zənglərdən istifadə edə biləcəklər. İstifadəçi adları unikal və müəyyən qaydalara uyğun olmalıdır.

Bu funksiya qlobal axtarışı təmin edir, yəni dünya üzrə istənilən insanı tapa bilərsiniz. İstəməyənlər isə əvvəlki kimi nömrə ilə istifadəni davam etdirə bilərlər. Funksiyanın geniş istifadəyə nə vaxt çıxacağı hələ məlum deyil.

Asya
Milli.Az

Seçilən
91
1
milli.az

2Mənbələr