AZ

Paşinyan "sülh kəsişməsi" ilə bağlı ilk dövlətlərarası sənədi imzaladı...


Vaşinqton təhrik edə bilər, amma Bakı olmadan layihə yalnız kağız üzərində qalacaq

Aysor.am tərəfindən yayımlanan məqaləyə əsasən, Ermənistan Respublikasının hökuməti ilə ABŞ arasında üç Məlumatlı Anlaşma Memorandumu (Memorandum of Understanding – MoU) imzalanaraq ictimaiyyətə açıqlanıb.

Bu sənədlərinbiri “Sülh kəsişməsi”nin potensialınin inkişaf etdirilməsi naminə hərtərəfli əməkdaşlıq üzrə anlaşna memorandumu adlanır. Artıq neçə ildir ki, Paşinyan və onun yüksək çinli məmurları “Sülh kəsişməsi” layihəsini ciddi şəkildə təbliğ edirlər. Bu layihə çərçivəsində Ermənistanın sərhəd infrastrukturunu və təhlükəsizliyini təkmilləşdirmək, sərhəd nəzarətində effektivliyi artırmaq, qanunsuz dövriyyə və kontrabanda ilə mübarizə aparmaq məqsədilə təlimlər, investisiyalar və resurs mübadiləsi həyata keçiriləcək. Lakin “Sülh kəsişməsi” layihəsi Türkiyə və Azərbaycanla sərhədlərinvə kommunikasiyaların açılmasını da nəzərdə tutur.

Belə olan halda, Ermənistan Azərbaycanla sülh sazişi imzalamadan Vaşinqton İrəvanı “Sülh kəsişməsi” layihəsinin həyata keçirilməsinə təhrik edə bilərmi?

Baki-xeber.com-a görə, 29 avqust 2025-ci ildə yayımlanan məlumata əsasən, Ermənistan hökuməti ilə ABŞ arasında imzalanmış üç memorandumun mahiyyətində Ermənistanın sərhəd infrastrukturunun gücləndirilməsi, təhlükəsizlik və nəzarət imkanlarının artırılması dayanır. Xüsusən də “Sülh kəsişməsi” layihəsi həm texniki, həm də siyasi baxımdan diqqət çəkir.

Bu layihənin icrası zamanı nəzərə alınmalıdır ki, ABŞ-ın özəl məqsədi var. Vaşinqton regionda dayanıqlı sülh və iqtisadi inteqrasiyanı təşviq edir. Ermənistanın sərhədlərinin açılması və regiondaxili nəqliyyat-kommunikasiya layihələrinə qoşulması ABŞ üçün həm geosiyasi (Rusiya təsirini zəiflətmək), həm də iqtisadi baxımdan önəmlidir.

“Sülh kəsişməsi”nin mahiyyətinə gəldikdə, layihə Ermənistanın qonşularla, o cümlədən də Azərbaycan və Türkiyə ilə sərhədlərinin açılması, regional kommunikasiya xətlərinə qoşulması deməkdir. Yəni bu, təkcə texniki layihə yox, həm də siyasi məna daşıyan təşəbbüsdür. Ona görə də Azərbaycan və Türkiyə amili mütləq nəzərə alınmalıdır.

Bakı dəfələrlə bildirib ki, sülh müqaviləsi imzalanmadan Ermənistanla kommunikasiyaların açılması və tam inteqrasiyanın mümkünlüyü sual altındadır. Yəni Azərbaycanın maraqları nəzərə alınmadan bu layihənin irəliləməsi mümkün olmayacaq.

Bəs Vaşinqtonun təzyiq potensialı nə qədər ola bilər?

ABŞ Ermənistan hökumətinə maliyyə dəstəyi, sərhəd təhlükəsizliyi texnologiyaları, sərmayələr və siyasi himayə vasitəsilə təsir göstərə bilər. Yəni Paşinyan hökuməti “Sülh kəsişməsi”ni Azərbaycanın iştirakı olmadan irəli aparmağa həvəsləndirilə bilər. Ancaq bu halda layihənin reallığı şübhəli olar, çünki regiondakı əsas tranzit yollar Azərbaycan ərazisindən keçir. Ermənistan bu məsələdə görüntü yaradaraq ABŞ-ı aldada bilər ki, dəstəyi davam etdirsin.

Eyni zamanda, siyasi risq baxımından da bu məsələ kifayət qədər həssaslığa malikdir. Ermənistan Vaşinqtonun təhriki ilə sülh sazişi olmadan “Sülh kəsişməsi”ni həyata keçirməyə cəhd etsə, bu, Bakı ilə münasibətləri gərginləşdirə, sülh danışıqlarını çətinləşdirə bilər.

Əlbəttə, ABŞ Ermənistanı “Sülh kəsişməsi” layihəsinin həyata keçirilməsinə sülh sazişindən öncə də təhrik edə bilər, amma bu layihənin praktiki gerçəkləşməsi Azərbaycanla sülh sazişi bağlanmadan mümkün deyil. Çünki sərhədlərin açılması, kommunikasiya xətlərinin işə düşməsi və iqtisadi inteqrasiya üçün Bakının razılığı və iştirakı zəruridir.

Yəni Vaşinqton təhrik edə bilər, amma Bakı olmadan layihə yalnız kağız üzərində qalacaq.

Akif NƏSİRLİ

Seçilən
1
baki-xeber.com

1Mənbələr