Bu gün Cebhe.info xəbər portalının fəaliyyətə başlamasından 10 il keçir.
2015-ci il 1 sentyabrda fəaliyyətə başlayan portal çeviklik, obyektivlik və dəqiqlik prinsiplərinə sadiqliyi ilə Azərbaycanın media məkanında özünəməxsus yer tutub. Həmin gün eyni zamanda “Cümhuriyət” qəzetinin də nəşrinin bərpası ilə yadda qalıb.
Ötən illər ərzində Cebhe.info və “Cümhuriyət” qəzeti operativ xəbərlərlə yanaşı, siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət, tarix və digər sahələrdə reportajlar, araşdırmalar və maarifləndirici yazılar təqdim edib. Portal və qəzet həmçinin Güney Azərbaycan, Kərkük, Borçalı, Dərbənd türklərinin problemlərini işıqlandırmaqla milli düşüncənin carçısına çevrilib.
Vətəndaş Həmrəyliyi Partiyası olaraq, başda Rəfail Becanov olmaqla yaradıcı heyəti və bütün kollektivi ürəkdən təbrik edirik. Əminik ki, qarşıdakı illərdə də “Cebhe.info” və “Cümhuriyət” qəzeti həqiqətin və ədalətin səsi olaraq ictimai rəyin formalaşmasına, milli-mənəvi dəyərlərin təbliğinə xidmətini davam etdirəcək.
"Cebheinfo.az"