AZ

Tramp COVID vaksinlərinin effektivliyinə aydınlıq gətirilməsini tələb edir

BAKI, 1 sentyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp əczaçılıq şirkətlərindən koronavirusa qarşı dərmanların effektivliyinə dair məlumatları açıqlamağı tələb edir.

Teleqraf xəbər verir ki, bu barədəTramp özünün "Truth social" şəbəkəsində yazıb.

"Dərman şirkətləri COVID vaksinlərinin uğuruna aydınlıq gətirməlidirlər. Bəziləri vaksinləri milyonlarla insanın həyatını xilas edən möcüzə hesab edir, bir qisim isə bununla razı deyil. ABŞ Xəstəliklərin Qarşısının Alınması Mərkəzi (CDC) sözün əsl mənasında bu məsələdə özünü "parçalayır". Cavablar istəyirəm. Özü də dərhal", - Tramp qeyd edib.

Tramp bildirib ki, şəffaflığın olmaması müzakirələri daha da gücləndirir: "İctimaiyyət həqiqəti bilməlidir"

Seçilən
103
1
teleqraf.com

2Mənbələr