Son dövrlər mövcud qanunların fasiləsiz təkmilləşdirilməsi baş verir. Qanunların fasiləsiz təkmilləşdirilməsi prosesi gedir. Bu müsbət halların ardıcıl xarakter alması baş verir, Prezident tərəfindən sənədlər - Fərmanlar, Sərəncamlar imzalanır.
Hüquqi dövlət quruculuğu sahəsində mühüm rol oynayan sənədlərin, qanunların, hüquqi-normativ sənədlərin təkmilləşdirilməsi mühüm addım olaraq dəyərləndirilir.
Təkcə avqust ayında bir neçə mühüm hüquqi sənədə-qanuna əlavə və dəyişikliklər edilib. Hamısını olmasa da, bir neçəsini qeyd edirik.
Məsələn, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 21 oktyabr tarixli 1862 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 1999-cu il 30 avqust tarixli 189 nömrəli, “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 21 fevral tarixli, 679 nömrəli Fərmanının icrasının təmin edilməsi haqqında” 2002-ci il 24 avqust tarixli 769 nömrəli, “Pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin təsdiq edilməsi haqqında” 2013-cü il 11 iyun tarixli 908 nömrəli, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin təsdiq edilməsi haqqında” 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli, “Açıq məkanda reklam fəaliyyəti ilə bağlı bir sıra məsələlərin tənzimlənməsi haqqında” 2017-ci il 19 dekabr tarixli 1743 nömrəli, “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin və “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2019-cu il 11 iyun tarixli 728 nömrəli və “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin klasterləri haqqında Nümunəvi Əsasnamə”nin təsdiq edilməsi barədə” 2022-ci il 15 dekabr tarixli 1905 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin və hərbi məhkəmələrin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə,
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 may tarixli 97 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin investisiya əməliyyatlarının aparılması Qaydası”nda dəyişiklik edilməsi haqqında, “Xüsusi icra məmurları haqqında” Azərbaycan Respublikasının 2025-ci il 14 iyul tarixli 248-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə,
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında’’ Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 280 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Prezident İlham Əliyevin imzaladığı Fərmanları və sair sənədləri, Fərman və Sərəncamları qeyd edə bilərik.
Qəbul olunmuş qanunların təkmilləşdirilməsi üçün Prezident tərəfindən addımların atılması ölkədə hüquqi dövlət quruculuğu prosesini nə dərəcədə kamilləşirdirir? Bunun rolu nədən ibarətdir? Qanunların həyatın, proseslərin tələbinə uyğun olaraq sonradan zaman-zaman
dəyişdirilməsi, əlavə və dəyişikliklərin edilməsi, nəyinsə çıxarılması və sair nə deməkdir?
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov mövzu ilə əlaqədar "Bakı-Xəbər"ə bildirdi ki, Azərbaycan Respublikası 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra 1995-ci ildə müstəqil dövlət kimi bizim qanunvericilik bazamızın şahı, əsası və mayakı olan Konstitusiyamız qəbul edildi. “Bu, müstəqil Azərbaycanın ilk Konstitusiyasıdır. Konstitusiyamızda nəzərdə tutulub ki, Azərbaycan hüquqi dövlətdir. Yəni həm dünyəvi, demokratik, unitar Respublikadır, həm də onların içində bir hüquqi dövlət anlayışı var. Hüquqi dövlətdə də bütün məsələlər, ictimai münasibətlər qanunlarla və digər normativ aktlarla tənzimlənir. Təbii ki, Azərbaycan hüquqi dövlət kimi qanunların ictimai münasibətləri tənzimləyən bir dövlət olduğuna görə zaman-zaman həmin o normativ aktlar olan, yəni Azərbaycan Respublikasının Konstitusiyasının 147-ci maddəsində normativ aktlar sistemi nəzərdə tutulub. Orda qanunlarımızın və digər normativ aktların zaman-zaman dəyişikliyə, yeniliyə, əlavələrə məruz qalması zərurəti yaranır. Çünki dünya inkişaf edir, ictimai münasibətlərdə fərqli proseslər təzahür edir. Məsələn, bir neçə illər bundan əvvəl Azərbaycanda Cinayət Qanunvericiliyində-Cinayət Məcəlləsində kompüter, internet sahəsində cinayətlər anlayışı, yəni kibercinayətkarlıq anlayışı yox idi. Amma bu gün bütün dünyada olduğu kimi bu Azərbaycanda da nəzərdə tutulub. Bunu ona görə misal gətirdim ki, artıq internet resurslarında, internet platformalarda, kompüter sahəsində cinayətlərin geniş yayıldığı bir dönəmdə yaşayırıq. Bu məqamların qanunlarda, o cümlədən də Cinayət Məcəlləsində nəzərdə tutulmaması hansı ciddi problemlərə gətirin çıxarmasını təsəvvür edə bilərik. Biz bu sahədə kütləvi şəkildə pozuntuların şahidi oluruq və bu kimi neqativ halların qarşısını almaq üçün qanunda bu halların nəzərdə tutulması zərurətdir. Ona görə də zaman-zaman qanunlarımıza əlavə və dəyişikliklər edilir, yenilənir. Çünki əvvəlki qanunlar artıqmüvafiq tələblərə cavab vermədiyinə görə yeni qanunların yaranmasına zərurət yaranır. Eyni zamanda qanunlara əlavələrin edilməsi qaçılmaz olur. Buna ehtiyac yaranır ki, bununla bağlı qanunvericilik hakimiyyətini həyata keçirən Azərbaycan Parlamenti addımlar atır”.
X.Bəşirov qeyd etdi ki, 1995-ci ilin 12 noyabrında qəbul edilən, 27 noyabrda qüvvəyə minən əsas qanunumuz Konstitusiyaya ümumxalq səsverməsi ilə-Referendumla üç dəfə (2002, 2009 və 2016) dəyişiklik edilib. “Bu özü özlüyündə göstərir ki, hətta ana qanun olmasına baxmayaraq Konstitusiyanın özünə belə dəyişiklik zərirəti yaranır. O dəyişikliyin detallarına toxunmaq istəməzdim. Çünki hər bir dəyişikliyin özünün müxtəlifistiqamətləri var.
Digər qanunlarımızda da dəyişikliklərin edilməsi, yaxud yeni qanunların qəbul olunması, yeniliklərin edilməsi halları da olur ki, bütün bunlar yeni dövrün tələbləri, çağrışları ilə uzlaşmaq baxımdan əhəmiyyətlidir.
Azərbaycan Konstitusiyasına görə, ölkəmizdə hakimiyyətlər bölgüsü prinsipi var. Bunu da ona görə vurğulayıram ki, qanunların qəbul edilməsi, yaxud onlara dəyişiklik və əlavələrin edilməsi sahəsindəKonstitusiya və Referendumla qəbul edilmiş aktlar istisna olmaqla bütün digər qanunlarımıza əlavə və dəyişikliklər məhz parlament tərəfindən həyata keçirilir. Hakimiyyətlərin bölünməsi prinsiplərinə görə, qanunvericilik, icra və məhkəmə hakimiyyəti var. Qanunvericilik hakimiyyətini məhz Azərbaycan Parlamenti həyata keçirir. Bu sahədə zaman-zaman qanunvericilik təşəbbüsçüsü səlahiyyəti olan subyektlər müraciət edirlər, bura Parlament də, Prezident də aiddir və bu dəyişikliklərin edilməsi ilə bağlı Parlamentdə qanunlar qəbul olunur, qanunvericilikdə nəzərdə tutulmuş prosedurlara uyğun şəkildə Prezidentə göndərilir Prezident də müvafiq zaman kəsiyində Fərman imzalayır. Təbii ki, bunun çox önəmli rolu var. Təsəvvür edin ki, biz 34il əvvələ qədər Sovet İttifaqının tərkibində idik. O dövrdə Azərbaycanda bütün qanunlar, bütün hüquqi normativ aktlar, Konstitusiyamız belə Sovet hökuməti tərəfindən qəbul edilən aktlar idi və onların əsasında ictimai münasibətləri tənzimləyirdik.
Amma dövlət müstqəqilliyimizi bərpa etdikdən sonra bizdə yeni münasibətlər, yeni tənzimləmələr, yeni idarəetmə sistemi formalaşdığına görə yeni normativlər aktlar da yaratmaq zərurəti də meydana çıxdı. Bu baxımdan, hesab edirəm ki, günümüzdə ictimai münasibətlər çox sürətlə inkişaf edir, ictimai münasibətlərin tənzimlənməsi sahəsində də yeniliklərin edilməsi zərurəti yaranır. Bunu da Azərbaycan dövləti bu formada, Konstitusiyamıza uyğun şəkildə həyata keçirir”.
X.Bəşirov hesab edir ki, bu da ictimai münasibətlərin tənzimlənməsi, idarə olunması baxımından önəm kəsb edir.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.