AZ

​TikTok-da mesaj göndərmək üsulu dəyişdi -

TikTok birbaşa mesajlaşma (DM) ilə bağlı yeni funksiya üzərində işləyir. Metbuat.az xəbər verir ki, bundan əvvəl istifadəçilər yalnız mətn, GIF-lər, stikerlər və TikTok məzmunu göndərə bilirdilər. Yeniləməyə əsasən istifadəçilər səsli qeydlər, şəkillər və videolar paylaşa biləcəklər. Bu yeniləmələr həm təkbətək, həm də qrup söhbətlərində müşahidə ediləcək. Bildirilir ki, istifadəçilər birbaşa söhbətlərdə 60 saniyəyə qədər səsli qeydlər göndərə bilərlər. Bir mesajda doqquza qədər foto və ya video paylaşıla bilər.

Daha çox media göndərmək istəyən istifadəçilər onları sonrakı mesajlarla paylaşa bilərlər.

Seçilən
57
14
metbuat.az

10Mənbələr