AZ

Pezeşkian: “Rusiya ilə razılaşmaların icrasını öz üzərimə götürmüşəm”

İran prezidenti Məsud Pezeşkian rusiyalı həmkarı Vladimir Putinlə görüşündə Rusiya ilə İran arasında razılaşmaların icrasını şəxsi nəzarətinə götürdüyünü bildirib.

Busaat.az xəbər verir ki, iki liderin görüşü ŞƏT-in Çində keçirilən sammiti çərçivəsində baş tutub.

“Ölkələrimiz arasında əldə olunmuş bütün razılaşmaların icrasını şəxsən öz üzərimə götürmüşəm və bu yolda bütün maneələrin aradan qaldırılması üçün bütün səyləri əsirgəməyəcəyəm”, – deyə İran lideri bildirib.

Xatırladaq ki, yanvarda Putin və Pezeşkian Kremldə danışıqlar aparmışdı, sonra iki dövlət arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş imzalamışdılar.

Yeganə

Seçilən
28
busaat.az

1Mənbələr