Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Xəbərin mətni
ICPC artıq 49-cu ilini qeyd edir, yəni biz ilk rəqəmsal əsrin birinci yarısını tamamlamaq üzrəyik. Bu illər ərzində biz parlaq tələbələri problem həlletmə bacarıqlarını inkişaf etdirməyə, cəmiyyətə fayda gətirəcək sistemlər yaratmağa həvəsləndirmişik. Bunu məhz biz edirik. Hazırda isə ICPC Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin Dünya Finalı elə burada - Bakıda keçirilir. AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsi (ICPC) Fondunun prezidenti Bill Pauçer Bakıda keçirilən ICPC-nin 49-cu Dünya Finalının açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında bildirib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.