“Qarabağ”ı və Qurban Qurbanovu Çempionlar Liqasındakı uğur münasibəti ilə ürəkdən təbrik edirəm, çox böyük işlər görürlər”.
Bu sözləri “Qəbələ”nin baş məşqçisi Kaxaber Tsxadadze deyib.
“Köhlən atlar”ın “Ferenetsvaroş” səddini aşaraq (3:1, 2:3) Liqa mərhələsinə vəsiqə qazanması gürcü çalışdırıcının könlünü oxşayıb.
Tsxadadze “Qarabağ”dakı həmkarını dünyanın ən yaxşı məşqçiləri ilə eyni sıraya qoyub:
“Qurban Qurbanov və “Qarabağ” Azərbaycan futbolu üçün çox böyük işlər görür. Bunu mütləq görmək və dəyərləndirmək lazımdır.
Sizə bir söz deyim. Qurban Qurbanov bu gün Avropanın 5 ən yaxşı məşqçisindən biridir. Bunu əminliklə söyləyirəm.
Oynatdığı sistemli futbol, qazandığı nəticələr – bunlar göz oxşayır”.
Kaxaber Tsxadadze 2009-2015-ci illər aralığında çalışdırdığı “İnter”lə (indiki “Şamaxı”) Azərbaycan çempionu olub, “Birlik kuboku”nu qazanıb, ölkə kubokunun finalında iştirak edib.
2024-cü ilin fevralından “Qəbələ”nin “sükanı” axrasındadır.
HƏBİB