ain.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Sabah seçki keçirilsə, Nikol Paşinyan qalib gələcək.
Axar.az xəbər verir ki, bu sözləri yerli mediaya açıqlamasında hakim “Mülki Müqavilə” partiyasından qovulan deputat Ovik Ağazaryan deyib.
“Bu gün də erkən seçki şansı var. Bir müddət əvvəl Nikol Paşinyan dedi ki, belə bir məsələ yoxdur, sonra dedi ki, bunu müzakirə etmək lazımdır, sonradan məlum oldu ki, onlar hər şeyi müzakirə ediblər və çoxlu sayda insan növbədənkənar seçkinin lehinə çıxış edib. Növbəti müzakirə zamanı qərar qəbul olunarsa, onlar (hakim partiya - red.) daha çox səs alacaqlar”, - o bildirib.
O qeyd edib ki, hakimiyyətin erkən seçkiyə gedəcəyindən əmindir.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.