AZ

Azərbaycan velosipedçisi Ankarada keçirilən “GranFondo” yarışının qalibi olub

Türkiyənin paytaxtı Ankarada təşkil edilən beynəlxalq “GranFondo Başkənt” velosiped yarışında Azərbaycan idmançısı Natalya Vallek böyük uğura imza atıb.

90deqiqe.Az xəbər verir ki, gənc Peşəkar Velosipedçilər İctimai Birliyinin üzvü olan Vallek 91 kilometrlik məsafəni 1300 metr yüksəklik fərqi ilə qət edərək, bütün rəqiblərini geridə qoyub və finişə birinci çatıb. Bu nəticə ilə o, Azərbaycan velosiped tarixində ilk dəfə “GranFondo” yarışının ümumi qalibi olan idmançı kimi adını yazdırıb.

Həmçinin idmançımız öz yaş kateqoriyasında da qızıl medal qazanıb.

Azərbaycanı yarışda digər idmançılar da təmsil edib. Qolamreza Jamfarsadi (+55 yaş kateqoriyası) 6-cı, Vüqar Salahov isə (40-44 yaş kateqoriyası) 12-ci yeri tutub.

Qeyd edək ki, yarışda 1000-ə yaxın velosipedçi iştirak edib. Azərbaycanlı idmançılar məşqçi Musa Mikayılzadənin rəhbərliyi altında mübarizə aparıblar.

Seçilən
24
90deqiqe.az

1Mənbələr