AZ

Polis binanın damında əylənərək şüşə qabları aşağı atan qızlarla bağlı hansı addımı atacaq?VİDEO

4 xanım binanın damında əylənir. Daha sonra şüşə qabları yuxarıdan aşağı atır. Binanın aşağısında isə azyaşlı uşaq var.

Xezerxeber.az xəbər verir ki, görüntülər paytaxtın Xətai rayonu Məhəmməd Hadi küçəsində qeydə alınıb.

Ərazidə yaşayan sakinlər deyirlər ki, bu, ilk belə hadisə deyil. Tez-tez bu cür halların yaşanması səbəbindən binanın qarşısından keçməyə belə ehtiyat edirlər.

Məslə ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Xəzər Xəbər"ə bildirildi ki, hadisə araşdırlır.

Qeyd edək ki, sakinlər həmin şəxslərin yeniyetmə olduğunu bildirdilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
91
2
xezerxeber.az

3Mənbələr