AZ

Kobaxidze: ABŞ-nin Gürcüstanla bağlı passivliyi təəccüb doğurur

“Biz ABŞ ilə strateji tərəfdaşlığın bərpasına ümidimizi saxlayırıq. Hesab edirəm ki, “dərin dövlət” üstün gəlməsə, Gürcüstanla ABŞ arasında münasibətlərin bərpasına heç nə mane ola bilməyəcək”.

Operativ Media xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Vaşinqtonun Gürcüstanla bağlı passivliyi təəccüb doğurur:

“Bu passivliyin başqa rejimə, aktiv rejimə keçməsini çox istəyirik”.

İ.Kobaxidze Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin bu gün ABŞ-nin dövlət başçısı Donald Trampa ünvanladığı açıq məktubu dəstəklədiyini qeyd edib.

Xatırladaq ki, M.Kavelaşvili açıq məktubunda Tbilisi ilə Vaşinqton arasında strateji tərəfdaşlığın təmiz səhifədən və konkret yol xəritəsi əsasında bərpası üçün mümkün olan hər addımı atmağa hazırlığını ifadə edib.

Seçilən
0
1
operativmedia.az

2Mənbələr