AZ

Bacısı ilə mübahisə edən qardaşını tutub saxladı, faciə yaşandıVİDEO

Cəlilabadda 46 yaşlı kişi bıçaqlanıb. Hadisədə onun bacısı şübhəli bilinir...

Xezerxeber.az xəbər verir ki, qanlı cinayət hadisəsi Cəlilabadın Adnalı kəndində baş verib.

Kənd sakini, 43 yaşlı Şəfəq Əsgərova ailədaxili mübahisə zəminində qardaşı, 46 yaşlı Nurəddin Əsgərovu bıçaqlamaqda şübhəli bilinir. Yaxınlarının bildirdiklərinə görə, tərəflər arasında mülk üstündə mübahisə baş verib. Bu zaman digər qardaşı Nurəddini tutub saxlamağa, sakitləşdirməyə çalışıb. Elə bu vaxt Şəfəq əlindəki bıçaqla Nurəddinə zərbə endirib. Nəticədə Nurəddin Əsgərov iki bıçaq xəsarəti alaraq Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Hadisədən sonra hüquq-mühafizə orqanları tərəfindən lazımi tədbirlər görülüb.

Məlumata görə, bacı ilə qardaş arasında mülk davası illərdir davam edirmiş və tez-tez mübahisələrə səbəb olurmuş. Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
40
2
xezerxeber.az

7Mənbələr