“Atletiko” “Yuventus”un hücumçusu Niko Qonsalesin keçidini həll edib. Msport.az xəbər verir ki, argetninalı forvard cari mövsümü icarə əsasında Madrid klubunda keçirəcək.
Qonsales “Yuve”yə 2024-cü ilin yayında “Fiorentina”dan keçmişdi. 27 yaşlı futbolçu buna qədər “Ştutqart”ın şərəfini qoruyub.
Qeyd edək ki, “Atletiko”nun baş məşqçisi Dieqo Simeone də argentinalıdır.