AZ

Cəbrayıl ın növbəti rəqibi bilindi

Fanat saytından verilən məlumata görə, ain.az xəbər verir.

Yeni mövsümün hazırlığını davam etdirən I Liqa klubu "Cəbrayıl" növbəti yoxlama oyununda qüvvəsini sınayacaq.

Fanat.Az-ın məlumatına görə, Bəxtiyar Soltanovun baş məşqçisi olduğu bölgə təmsilçisi "Zəngəzur" ilə üz-üzə gələcək.

Region Liqası komandası ilə görüş şənbə günü - sentyabrın 6-da "Neftçi"nin keçmiş bazasında baş tutacaq. Matçın saat 11:30-da başlaması planlaşdırılır.

Xatırladaq ki, "Cəbrayıl" ötən mövsüm 1-ci Liqanı 7-ci yerdə başa vurub. Liqada yeni mövsümə sentyabrın 11-də start veriləcək. "Cəbrayıl" ilk turda "Zaqatala"nın qonağı olacaq. Çempionat 10 komandanın iştirakı ilə 3 dövrəli sistemlə keçiriləcək. 

Mirağa

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
fanat.az

1Mənbələr