İran Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmanı dəstəkləyib.
Bizim.Media xəbər verir ki, bu barədə İran prezidenti Masud Pezəşkian Çində keçirilən ŞƏT sammiti çərçivəsində Rəcəb Tayyib Ərdoğanla görüşündə bildirib.
Pezəşkian vurğulayıb ki, İran Cənubi Qafqazın işlərinə xarici müdaxiləyə qarşı çıxır və qonşularla münasibətləri möhkəmləndirməyə çalışır.
O həmçinin Tehranın Türkiyə ilə ticarət dövriyyəsini artırmaq üçün bank və gömrük əməkdaşlığını sadələşdirməyə hazır olduğunu ifadə edib.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta