Azərbaycan çempionatının İkinci Liqasında mübarizə aparan “Hypers Quba” futbol klubunun adının dəyişdirilməsi rəsmiləşib.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, sözügedən komanda bundan sonra yarışlarda “Quba” Peşəkar Futbol Klubu adı altında mübarizə aparacaq. Ad dəyişikliyi ilə bağlı bütün sənədləşmə işləri başa çatdırılıb və zəruri sənədlər Peşəkar Futbol Liqasına təqdim edilib.
Qeyd edək ki, İkinci Liqa Əsasnaməsinin 3-cü maddəsinin 2-ci bəndinə əsasən, adı dəyişdirilmiş klub hüquqi baxımdan əvvəlki klubun PFL üzvlüyünü saxlayır, onun varisi sayılır və yarışlarda iştirakla bağlı əvvəlki bütün hüquq və öhdəlikləri öz üzərinə götürür.
Xatırladaq ki, “Hypers Quba” Azərbaycan İkinci Liqasının 2024/2025-ci illər mövsümünü 4-cü pillədə başa vurub.