AZ

“O, bir dəfə də səhv etmədi” - Yeni transferi komandasının xilaskarı adlandırdı

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik La Liqanın son turunda “Rayo Valyekano” ilə (1:1) oyunda qapıçı Xuan Qarsiyanın çıxışını yüksək qiymətləndirib.

sPORTİNFO.az xarici KİV-ə istinadən xəbər verir ki, 24 yaşlı qolkiperi matçın qəhrəmanı adlandıran Flik, onun komandanı xilas etdiyini vurğulayıb:

“Qarsiyanı əla çıxışı münasibətilə təbrik etdim. Onun komandanı necə xilas etdiyini, oyunu necə qurduğunu görmək çox xoş idi.

O, bir dəfə də olsun səhv etmədi və hücumları çox inamla başlayırdı. Belə bir oyunçunu heyətimizdə görməkdən məmnunam”.

Qarsiya oyunda 5 seyv etməklə “Barselona”nın məğlubiyyətdən qurtulmasında əsas pay sahibi olub və matçın ən yaxşı futbolçusu seçilib.

İspaniyalı qolkiper bu yay “Espanyol”dan “Barselona”ya transfer olunub. Kataloniya klubu onun üçün 25 milyon avro ödəyib.

Seçilən
0
sportinfo.az

1Mənbələr