AZ

Marko Asensio “Fənərbağça”da

PSJ-nin yarımmüdafiəçisi Marko Asensionun Türkiyənin “Fənərbağça” klubuna keçidi rəsmiləşib.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi ispan futbolçu ilə 3+1 illik müqavilə imzalayıb.

Asensio “Fənərbağça”da 21 nömrəli formanı geyinəcək.

29 yaşlı hücumçu açıqlamasında bildirib:

“Burada olduğum üçün çox xoşbəxtəm. Bu stadionda azarkeşlərimizin önündə oynamağı səbirsizliklə gözləyirəm. Mənə burada möhtəşəm bir atmosferin olduğunu dedilər. Tezliklə komandaya qoşulub həmkarlarımla məşqlərə başlamaq istəyirəm. Mənə göstərilən diqqətə görə təşəkkür edirəm. Azarkeşlərdən çoxlu mesajlar aldım və ümid edirəm ki, birlikdə böyük uğurlara imza ataraq onların sevgisinə cavab verəcəyik”.

Seçilən
7
90deqiqe.az

1Mənbələr