AZ

Şəhidlərin xatirəsinə həsr olunan turnir

Lənkəran rayon, Kənarmeşə kənd stadionunda Lənkəran - Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunmuş kişilər arasında futbol idman növü üzrə Lənkəran - Astara region turnirinin açılış mərasimi keçirilib.

Mərasimində Azərbaycan Respublikasının dövlət himni səslənib, müstəqilliyimiz və  Vətən torpaqların azadlığı uğrunda canından  keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Lənkəran - Astara Regional Gənclər və İdman İdarəsi əməkdaşların, Kənarmeşə kənd icra nümayəndəsinin, şəhid ailələri və kənd sakinlərin iştirak etdiyi  turnirin açılış mərasimində Lənkəran - Astara Regional Gənclər və İdman İdarəsinin İdman sektorunun müdiri Yusif Xamiyev, şəhid Məhəmməd Hüseynovun anası, Kənarmeşə kənd icra nümayəndəsi və Kənarmeşə kənd orta məktəbinin müəlliməsi çıxış edərək komandalara uğurlar arzulayıb.

Sentyabr ayının 10-a qədər davam edəcək turnirin oyunları gərgin və maraqlı olur, onları çoxlu futbol həvəskarı izləyir.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Seçilən
9
ikisahil.az

1Mənbələr