Yay fasiləsinin ən səs-küylü transferlərindən biri Elvin Bədəlov oldu.
Yox, səhv başa düşməyin. "Neftçi" azarkeşləri heç də sabiq futbolçularının gəlişini toy-bayram etmirdi.
Əksinə, stoperin keçidinə ağız büzən qalmamışdı.
Ki, bu nə oyunçudur axı?
Bəs arxada qalan 3 tur nə göstərdi?
Birmənalı olaraq onu "ağ qaralar"ın heyətində ən sabit oyunçusu kimi qeyd edə bilərik.
Nəinki buraxılan 2 qolda, heç digər oyun epizodlarında da ciddi xətasını görməmişik.
Amma kritik müdaxilələri də az olmayıb.
Əvəzində bəh-bəhlə düşərgəyə təşrif buyuran Kenan Piriç, İqor Ribeyro kimi adlar hələ ki ziyan verməklə məşğuldur.
Bu isə növbəti dəfə təsdiq etmiş olur ki, futbolu adlar, böyük təzminatlar oynamır.
Doğru seçimlər, yerində verilən qərarlar çox önəmlidir.
Bir çox hallarda "Neftçi" azarkeşləri də sadə həqiqəti qəbul etmir.
Sonu da bu cür ağır olur...
XANOĞLAN / SPORTİNFO.AZ