AZ

“Çelsi” 20 yaşlı futbolçu transfer etdi

“Çelsi” klubu “Brayton”un yarımmüdafiəçisi Fakundo Buonanotteni heyətinə qatıb.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, argentinalı futbolçu icarə əsasında mövsümün sonuna qədər London təmsilçisinin şərəfini qoruyacaq.

Qeyd edək ki, 20 yaşlı futbolçu ötən mövsümü də icarə əsasında “Lester”də keçirmişdi. Orada o, 35 oyunda 6 qol vurub və 3 məhsuldar ötürmə edib. Transfermarkt portalının məlumatına görə, Buonanottenin bazar dəyəri 20 milyon avro təşkil edir.

Hazırda İngiltərə Premyer Liqasında “Çelsi” 3 turdan sonra 7 xal toplayaraq cədvəldə ikinci pillədə qərarlaşıb, lider “Liverpul”dan isə 2 xal geri qalır.

Seçilən
78
90deqiqe.az

1Mənbələr