AZ

Turan Vəlizadə “Səbail”də

“Araz-Naxçıvan”ın mərkəz yarımmüdafiəçisi Turan Vəlizadə 2025/2026-cı illər mövsümündə “Səbail”in uğurları üçün çalışacaq.

Arena.az bu barədə paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir.

Birinci Liqa təmsilçisi 24 yaşlı futbolçunu icarə müqaviləsi əsasında heyətinə qatıb. Yarımmüdafiəçi mövsümün sonunda yenidən “Araz-Naxçıvan”a qayıdacaq.

Turan Vəlizadə Türkiyənin “Fənərbağça” klubunun yetirməsidir. “Qarabağ”, “Neftçi”, “Şamaxı”, “Turan Tovuz” kimi klublarda da forma geyinmiş yarımmüdafiəçi 2023-cü ildən “Araz-Naxçıvan”dadır. O, Premyer Liqa təmsilçisinin heyətində cəmi 4 oyuna çıxıb.

Vəlizadə Azərbaycanın U-19 və U-21 yığmalarında oynasa da, əsas millimizdə debüt şansı qazanmayıb.

Xatırladaq ki, ötən mövsümü Azərbaycan Premyer Liqasında keçirmiş “Səbail” yeni mövsümdə Birinci Liqada mübarizə aparacaq. Komanda ötən mövsümün yekununa əsasən sonuncu yeri tutduğu üçün aşağı liqaya yuvarlanıb.

Seçilən
12
arena.az

1Mənbələr