“Zirə” Azərbaycan Premyer Liqasında ən böyükhesablı qələbəsini qazanıb.
Sportinfo.az xəbər verir ki, bu barədə PFL-in rəsmi saytı məlumat yayıb.
Bakı klubu “Kəpəz”i 5:0 hesabı ilə məğlub edib. Bu, Premyer Liqanın 3-cü turunda qeydə alınıb.
Qəsəbə klubu 2015/16 mövsümündən çıxış etdiyi yüksək dəstədə bunadək 5 top fərqi ilə qalib gəlməmişdi.
Zirənin eyniadlı təmsilçisi əvvəlki mövsümlərdə 3 dəfə 4 top fərqinə sevinib. Komanda “Rəvan”ı 2015/16, “Qəbələ”ni 2023/24, “Kəpəz”i 2024/25 mövsümündə 4:0 hesabı ilə məğlub edib.
"Zirə" "Kəpəz"Lə oyunda həm də Azərbaycan çempionatlarının yüksək dəstəsində 200-cü ev qolunu vurub. Bu qola belaruslu hücumçu Yeqor Boqomolski imza atıb.