Astarada 10 aylıq körpə ölüb.
Redaktor.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Siyəkü kəndində qeydə alınıb.
Belə ki, 10 aylıq körpə Elcan Taleh oğlu Həsənzadənin bədən hərarəti qalxıb. Yaxınları uşağın qidadan zəhərləndiyini düşünərək ona ərzaq sodası verib. Bundan sonra körpənin halı pisləşib.
Körpə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıb.
Həkimlərin göstərdiyi bütün tibbi müdaxilələrə baxmayaraq körpənin həyatını xilas etmək mümkün olmayıb.
Meyit aidiyyəti üzrə təhvil verilib.Faktla bağlı araşdırma aparılır.