"Fənərbaxça" yeni transfer həyata keçirib.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xiddməti məlumat yayıb.
İstanbul təmsilçisi PSJ-nin məşhur futbolçusu Marko Asensionu heyətinə qatıb. 29 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.
Ötən mövsümün ikinci yarısında Marko Asensio icarə əsasında “Aston Villa”da çıxış edib. O, Premyer Liqada 13 oyun keçirib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.