AZ

Araz Bağırovun ardınca "Difai"ni 2 futbolçu da tərk etdi

1-ci Liqa təmsilçisi "Difai"də iki ayrılıq yaşanıb. 

Fanat.Az-ın əldə etdiyi məlumatına görə, bu yay baş məşqçi postuna gətirilən, bir müddət öncə isə əməkdaşlığa son qoyulan  Araz Bağırovun gedişindən sonra iki futbolçu ilə yollar ayrılıb.

Söhbət Bəhram Köçərli və İbrahim Hacidən gedir. Bəhramın "Qaradağ Lökbatana"a, İbrahimin isə "Səbail"ə üz tutacağı bildirilir.

Qeyd edək ki, Araz Bağırovun yerini Hüseynqulu Quliyev tutub.

Mirağa

Seçilən
13
1
fanat.az

2Mənbələr