AZ

Meydanda dalaşanlar oyun başa çatan kimi... ANBAAN VİDEO

“Şamaxı” – “Sabah” görüşündə (1:2) kuryoz hadisə izləyicilərin diqqətindən yayınmadı.

Qeyri-adi olay matçın 25-ci dəqiqəsində qonaqların düşərgəsində baş verdi.

Coy-Lens Mikelsin oyun epizoduna görə İqor Noqeyroya irad bildirməsi braziliyalının xoşuna gəlmədi.

Futbolçular bir-birinə aşkar formada kəskin irad bildirdilər ki, münaqişənin böyüməsinin qarşısını yaxınlıqda olanlar və baş məşqçi Valdas Dambrauskas aldı.

Mikels İqora nə demişdisə, ikinci heç bir halda sakitləşmək istəmir, komanda yoldaşını oyundan sonrakı görüşlə hədələyirdi.

Hakimin final fitindən sonra meydanda elə bir mənzərə yaşandı ki...

Bir saat əvvəl dava edənlər hamının gözü qarşısında bir xeyli söhbət edib münasibətə aydınlıq gətirdilər. Hətta Dambrauskas bu dəfə də onların yanına gəlib, yaşanan hadisəni unutmalarını tövsiyə etdi.

Maraqlı mənzərənin şahidi olan azarkeşlər isə öz növbəsində Coy-Lensi tribunanın önünə səsləyib, qələbə sevincini matçın 2 qol vuran qəhrəmanı ilə bölüşdülər.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Seçilən
0
sportinfo.az

1Mənbələr