PSJ-nin futbolçusu Randal Kolo-Muani karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.
QOL.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romanonun məlumat yayıb.
"Tottenhem" hücumçunu 2025-ci ilin iyununa qədər PSJ- dən icarəyə götürməyə hazırlaşır. Paris klubu London təmsilçisinin təklifini qəbul edib.
Daha əvvəl PSJ-nin baş məşqçisi Luis Enrike Kolo-Muanini əvəzedici komandaya göndərmişdi.
Kolo-Muani ötən mövsümün ikinci yarısını icarə əsasında “Yuventus”da keçirib, A Seriyasında 16 matçda 8 qol vurub.