BAKI, 1 sentyabr. TELEQRAF
ABŞ-də Konnektikut ştatında yaşayan Duqi Səndtiqer adlı şəxs qeyri-adi hobbisi ilə Ginnesin Rekordlar Kitabına düşüb.
Teleqraf xəbər verir ki, Duqi Səndtiqer 3569 cüt “kroks” ilə dünyanın ən böyük kolleksiyasına sahibdir.
Səndtiqerin bu ayaqqabılara sevgisi 16 yaşında başlayıb.
O, kolleksiyasını genişləndirərək “Crocseum” adlı şəxsi muzeyini açmağı planlaşdırır.