AZ

İsraildə terror aktı planlaşdıran fələstinli saxlanıldı

İsrail ərazisində terror aktı planlaşdıran fələstinli saxlanılıb.

Qüdsdə terror törətməyi planlaşdıran bir fələstinli həbs olunub.

Bizim.Media xəbər verir ki, şübhəlinin cibində qara kipa (yəhudi kişilərin baş örtüyü) aşkarlanıb.

Bildirilir ki, o, Ər-Ram kəndi yaxınlığındakı maneəni aşaraq qanunsuz şəkildə İsrailə daxil olub.

Dindirilmə zamanı şübhəli bildirib ki, ərazidə xidmət aparan hərbçidən avtomat silahı oğurlayaraq terror aktı törətmək niyyətində olub.

Bizim.Media

Seçilən
0
1
bizim.media

2Mənbələr