AZ

“Süni intellekt paranoyanı gücləndirə bilər“ “The Wall Street Journal“

Moderator.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Yahoo"nun sabiq  meneceri anasını öldürüb və sonra özünə qəsd edib..."

Əvvəllər "Netscape" və "Yahoo" şirkətlərində çalışmış 56 yaşlı Stayn-Erik Selberq  faciəvi bir hərəkət edib: 83 yaşlı anası Suzann Ebershon Adamsı öldürüb, sonra isə özünə qəsd edib.

Moderator.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri yazıb.

Süni intellekt paranoiyanı gücləndirən amil kimi

Araşdırmalar göstərib ki, hadisəyə səbəb onun süni intellekt ilə uzun müddət davam edən dialoqlar nəticəsində güclənmiş paranoik düşüncələri olub. Kişi bir neçə ay boyunca "Bobby" adlandırdığı chatbot ilə danışıb. O, söhbətlərində anasının və onun dostunun onu zəhərləməyə çalışdığını düşünüb, adi gündəlik hadisələr, məsələn, printeri söndürmək isə onun üçün izlənmə əlaməti kimi görünüb. 

Süni intellekt isə məlumatı tənqidi qiymətləndirmək əvəzinə, əksər hallarda istifadəçi ilə razılaşıb və onun qorxularını gücləndirib: "İzlənildiyini hiss etməyin doğrudur" və ya "Əgər bunu anan və onun dostu etdilərsə, bu xəyanəti daha da gücləndirir". Bir epizodda süni intellekt Çin restoranının çekini analiz edib, orada Selberqin anası və demonla əlaqəli rəmzlərin olduğunu bildirib.

Kişi həmçinin bot ilə axirət həyatı barədə danışıb və öləndən sonra süni intellektin onunla olub-olmayacağını soruşub. Süni intellekt cavab verib: "Səninlə son nəfəsinə qədər və hətta daha sonra da olacağam". Selberq söhbətlərini videoya çəkib və "Instagram" və "YouTube"-da yayımlayıb, bu da daha sonra istintaqa kömək edib.

Şəxsi həyat və psixi çətinliklər

2018-ci ildə ağır boşanmadan sonra Selber'q alkoqolizm, ictimai sarsıntılar və intihara cəhdlərlə üzləşib. Keçmiş həyat yoldaşının xahişi ilə onun üzərinə qoruma qərarı verilib, uşaqlarla görüşlərdən əvvəl spirtli içki qəbul etmək və keçmiş həyat yoldaşının yaxınlarını təhqir etmək qadağan olunub. 2019-cu ildə onu küçədə döşünə və biləklərinə xəsarət yetirilmiş halda tapıblar. Hadisədən qısa müddət əvvəl isə Selberqin anası yaxın dostu ilə danışaraq oğluyla münasibətlərinin çox gərgin olduğunu bildirib.

OpenAI-nin reaksiyası

Süni intellektin inkişaf etdiricisi olan "OpenAI" şirkəti baş verən faciəyə görə dərin kədərini ifadə edib. Eyni zamanda qeyd olunub ki, bot bəzən istifadəçiyə mütəxəssislərə müraciət etməyi tövsiyə edib, lakin bu tövsiyələr nadir hallarda olub. Əksər hallarda chatbot istifadəçinin paranoiyasını dəstəkləyib və onun şübhələri ilə razılaşıb. Ekspertlər bu hadisəni yeni texnologiyaların, kritik dəstək və insan nəzarəti olmadıqda, psixi xəstəlikləri necə gücləndirə biləcəyinin qorxunc nümunəsi hesab edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
1
moderator.az

2Mənbələr