AZ

Rusiya Ursula von der Leyenin təyyarəsinə müdaxilə edib -

Avropa İttifaqı Komissiyasının sədri Ursula von der Leyenin Bolqarıstana səfəri zamanı təyyarənin GPS sistemində problem müşahidə edilib. Metbuat.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Komissiyasının sözçüsü Arianna Podestan açıqlama verib. O bildirib ki, Leyenin təyyarəsi Bolqarıstan hava limanına yaxınlaşarkən GPS sisteminə giriş imkanını itirib. Təyyarəyə elektron siqnallar vasitəsilə müdaxilə etdiyi güman edilir. Təyyarə təhlükəsiz şəkildə eniş edib. Arianna Podestan, “Təhdid və hədə-qorxu Rusiyanın düşmənçilik hərəkətlərinin müntəzəm hissəsidir. Bu vəziyyət müdafiə qabiliyyətimizi gücləndirmək və Ukraynanı dəstəkləmək üçün sarsılmaz qərarımızı daha da gücləndirəcək” - deyə bildirib.

Bolqarıstan rəsmiləri müdaxilənin arxasında Rusiyanın ola biləcəyini irəli sürüblər.

Seçilən
59
metbuat.az

1Mənbələr