AZ

“Sanki bu, çox ciddi liqa deyil, mənim üçün bu vəziyyət bir az qəribədir”

“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq La Liqanın üçüncü turunda “Rayo Valyekano” ilə oyunda (1:1) VAR-ın işindən narazı qalıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“Videonu görmədim, ona görə də, penalti olub-olmadığını bilmirəm. Amma VAR işləmədikdə pis olur.

VAR işləmirdi, beş dəqiqə sonra işləyir, sonra yalnız ofsaydları göstərir, sonra yenidən işləmirdi. Sanki bu çox ciddi liqa deyil. Mənim üçün bu vəziyyət bir az qəribədir”.

Qarşılaşmanın ilk hissəsində Kataloniya klubu penalti qazanıb və bunu Lamin Yamal qola çevirib.

Matçın baş hakimi Mateo Buskets VAR sistemindəki nasazlıq səbəbindən epizodun təkrarına baxa bilməyib.

Seçilən
6
sportinfo.az

1Mənbələr