AZ

Karyerasını La Liqada davam etdirəcək - Tanınmış hücumçu

“Udineze”nin hücumçusu Aleksis Sançes karyerasını La Liqada davam etdirəcək.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 36 yaşlı forvard azad agent kimi “Sevilya”ya transfer olunur.

Tərəflər bir illik müqavilə imzalayacaq, razılaşmada müddətin daha bir mövsüm uzadılması şərti də yer alacaq.

Çilili futbolçu ötən ilin avqustundan “Udineze”nin formasını geyinir.

O, 2024/25 mövsümündə A Seriyası və İtaliya kubokunda 14 oyuna çıxsa da, məhsuldar göstəriciyə imza atmayıb və yeni mövsümdə isə hələ meydana çıxmayıb.

“Sevilya” hazırda La Liqada 3 turdan sonra turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.

Seçilən
3
sportinfo.az

1Mənbələr