AZ

İrəvan Dövlət Universiteti Bakıdakı müsabiqəyə qatılmadı, səbəb...

"Bu gün Bakıda keçirilən 49-cu Beynəlxalq Universitetlərarası Proqramlaşdırma üzrə Müsabiqənin Dünya Finalına Ermənistandan olan komanda qatılmayıb. İCPC2025 təşkilatçıları baxmayaraq ki, İrəvan Dövlət Universitetinə dəvət göndərib, lakin onlar iştirakdan imtina ediblər".

Hurriyyet.Az Musavat.com-a istinadla  bildirir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

Onun fikrincə komanda ictimai rəydəki narahatlıqlardan və ölkədaxili siyasi rəylərdən ehtiyatlanaraq bu cür addım atıb:

"İrəvan Dövlət Universitetinin komandası ötən il keçirilən regional yarımfinal yarışmasında, Northern Eurasia Regional Contest (NERC) mərhələsi üzrə ICPC Final üçün yeganə Cənubi Qafqaz təmsilçisi olmuşdur. Adətən Ermənistan universitetlərinin tələbələri bu tip yarışmalarda aktiv olurlar.

Azərbaycanın 2 komandası, BANM və ADA komandaları təşkilatçı ölkə olaraq yarışmada iştirak hüququ qazanıb.

Beləliklə, görünən odur ki, baxmayaraq bu gün Azərbaycan və Ermənistan liderləri, hətta birinci xanımlar da Çində görüşüblər, hələlik real sülhdən danışmaq tezdir. Əslində real sülh müqaviləsi də ortada yoxdur. Güman ki, Ermənistan da məhz bu səbəbdən, ictimai rəydəki narahatlıqlardan və ölkədaxili siyasi rəylərdən ehtiyatlanaraq, hətta siyasətdən uzaq, akademik bir tədbirə qatılmağı da məqsədəuyğun hesab etməyib".

 

Xalidə Gəray

 

Seçilən
0
1
hurriyyet.az

2Mənbələr