AZ

ABŞ Rusiyaya təsir imkanlarını nəzərdən keçirəcək

BAKI, 2 sentyabr. TELEQRAF

ABŞ hakimiyyəti bu həftə Ukraynaya hücumlarını davam etdirən Rusiyaya təsir imkanlarını nəzərdən keçirəcək.

Teleqraf xəbər verir ki, bunu ABŞ maliyyə naziri Skott Bessent "Fox News" telekanalına müsahibəsində bildirib .

“Düşünürəm ki, ABŞ Prezidenti Donald Trampla bütün variantlar mümkündür” - deyə, o vurğulayıb.

ABŞ maliyyə nazirinin sözlərinə görə, Trampın Rusiya Prezidenti Vladimir Putinlə Ankoricdə ( Alyaska ) görüşündən sonra Ukrayna ərazisinə hücumlar güclənib.

Qeyd edək ki, avqustun 15-də Rusiya və ABŞ liderləri son 7 ildə ilk dəfə olaraq Alyaskadakı Elmendorf-Rişardson hərbi bazasında genişmiqyaslı görüş keçiriblər. Görüşdə “əhəmiyyətli irəliləyiş” olduğu bildirilsə də, heç bir saziş imzalanmayıb.

Seçilən
10
teleqraf.com

1Mənbələr