AZ

"Qarabağ" hücumçu transferinə nöqtə qoydu - SON DƏQİQƏ

Çempionlar Liqasının əsas mərhələsində iştirak etmək hüququ qazanan "Qarabağ" uzun çəkən hücumçu transferini bitirib.

Ağdam klubu tanış simanı geri qaytarıb.

Söhbət Olavio Juninyodan gedir.

Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, tərəflər arasında danışıqlar müsbət nəticə verib.

29 yaşlı forvard yenidən "Qarabağ"ın formasını geyinəcək.

Onun keçidi hətta yaxın saatlarda açıqlana bilər.

2023-cü ilin yayından "köhlən atlar"ın formasını geyinən braziliyalı forvard meydana çıxdığı 81 oyunda 42 qol vurub.

O, Premyer Liqada 48 (23 qol), ölkə kubokunda 6 (5 qol), avrokuboklarda 27 (14 qol) matç keçirib.

Juninyo "Qarabağ"la ölkə çempionu və kubokunun qalibi olub.

Hücumçu bu ilin yanvar ayında "Flamenqo"ya 5 milyon avroya satılmışdı.

XANOĞLAN / SPORTİNFO.AZ

Seçilən
6
sportinfo.az

1Mənbələr