AZ

Venesuelalı analar kömək üçün Melaniya Trampa müraciət etdilər

BAKI, 2.sentyabr. TELEQRAF

ABŞ immiqrasiya xidmətinin nəzarətində olan venesuelalı uşaqların anaları Prezident Donald Trampın həyat yoldaşı Melaniya Trampdan kömək istəyiblər.

Teleqraf xəbər verir ki , bu barədə Latın Amerikası ölkəsinin Prezidenti Nikolas Maduro bildirib.

“ABŞ-də qaçırılan azyaşlıların anaları və nənələri birinci xanım Melaniya Trampa məktub göndəriblər. Onlar dəyərlərin qadını, uşaq hüquqlarının müdafiəçisi olduğunu bildiyimiz birinci xanımla dialoq qurmağa çalışırlar”, - Maduro qeyd edib.

O həmçinin ABŞ-ın birinci xanımını anaların fəryadına cavab verməyə çağırıb.

Venesuela dəfələrlə Amerika administrasiyasına uşaqların geri qaytarılmasının vacibliyini bildirib. Bu ilin əvvəlində iki yaşlı Venesuela vətəndaşı Maykelis Espinosa repatriasiya üçün təyyarəyə minməzdən əvvəl anasından ayrılıb. Atası isə El Salvadordakı “konsentrasiya düşərgəsinə” göndərilib. Körpə böyük çətinliklə ailəsinə qovuşa bilib.

Seçilən
0
3
teleqraf.com

4Mənbələr